"İnsanlar QHT sözündən qorxurlar" - Deputat

ÖLKƏ
19:20 / 27.03.2024
145

“Mən Milli Məclisdə təklif səsləndirəcəm ki, QHT sözünü lüğətimizdn silsinlər. Bu sözü sadəcə İctimai Təşkilat, Qeyri Kommersiya Təşkilatı ilə əvəz eləmək lazımdır”.

Bu fikirləri Hit.az-a deputat Razi Nurullayev səsləndirib.
 
O bildirib ki, cəmiyyətdə “Qeyri Hökumət təşkilatı sözünü eşidəndə yanlış anlayırlar. 

“Çox adam elə bilir ki, bu hökumətə qarşı çıxış edən təşkilat deməkdir, ona görə onlarla işləmək istəmirlər. Halbuki vətəndaş cəmiyyətinin önəmli alətlərindən biri də bu təşkilatlardır. Onları sadəcə İctimai Birlik” adlandırmaq daha doğru olardı”, deyə o vurğulayıb.

Murad

0