Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

ÖLKƏ
20:37 / 13.09.2024
214

Hazırda həbsdə olan iş adamı Ziya Hüseynzadə model Razi Əliyevanı məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, iş adamının iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

Ramin Xəlilov iş üzrə hakim təyin edilib. 

Məhkəmə çəkişməsinin detalları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, məhkəmə çəkişməsi əmlakla bağlıdır. 

Razi Əliyeva Ziya Hüseynzadənin sevgilisi olub. O, ötən il Razi Əliyevanı döyməkdə ittiham edilərək həb olunub. 

Hazırda iş adamının məhkəməsi gedir. 

Seyid
 

0