"SpaceX" ABŞ Kosmik Qüvvələri üçün məxfi yükü kosmosa buraxdı

DÜNYA
13:51 / 17.09.2026
43

“SpaceX” ABŞ Kosmik Qüvvələrinin maraqları naminə məxfi faydalı yüklə “Falcon 9” daşıyıcı raketini kosmosa buraxıb. 

HİT.az xəbər verir ki, bu barədə şirkətin X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

Buraxılış sentyabrın 16-da yerli vaxtla saat 18:07-də (Moskva vaxtı ilə cümə axşamı saat 01:07) həyata keçirilib.

“Falcon 9” Kaliforniyadakı Vandenberq Hərbi Kosmik Qüvvələr Bazasının 4E (SLC-4E) kompleksindən USSF-259 missiyası ilə start götürüb”, – deyə açıqlamada qeyd olunub.

Bu, ABŞ Kosmik Qüvvələrinin missiyaları çərçivəsində həyata keçirilən artıq 13-cü uçuşdur. USSF-259 missiyası məxfi olduğundan raketin faydalı yükü barədə məlumat açıqlanmayıb.

Bundan əvvəl şirkətin sahibi İlon Mask “SpaceX”in əsas məqsədinin Marsa uçuş olduğunu bildirmişdi. O, bunu “həqiqətən də “Apollon” proqramından sonra növbəti böyük sıçrayış” adlandırmışdı.

Mask 2026-cı ilin sonlarında kolonizasiyaya hazırlıq məqsədilə robot Optimus-un yerləşdiriləcəyi ilk pilotsuz “Starship” kosmik gəmisini Marsa göndərməyi planlaşdırır. Onun planlarına görə, ilk insanlar 2029–2031-ci illərdə Qırmızı planetə uça bilər. Lakin texniki çətinliklər və sınaqlar səbəbindən bu tarixlər daim dəyişir.

Samir

0