Bu gün tarixin vərəqlərində 17 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
17 sentyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Bundan başqa, bəzi tarixi şəxslərin də vəfat günü məhz bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün ABŞ-də Konstitusiya Günü, Belarusda isə Milli Birlik Günüdür. Beləliklə, tarixin 17 sentyabrına nəzər salırıq.
17 sentyabrda baş verənlər:
1787-ci ildə ABŞ Konstitusiyası qəbul edilib. 1934-cü ildə Türkiyə Millətlər Liqasına qəbul olunub. 1978-ci ildə İsrail və Misir arasında Kemp-Devid müqaviləsi imzalanıb. 1988-ci ildə Seulda XXIV Yay Olimpiya Oyunları keçirilib. 2015-ci ildə “Qəbələ” futbol klubu UEFA Avropa Liqasında ilk oyununu keçirib.
17 sentyabrda doğulanlar:
1895-ci ildə dövlət xadimi Mircəfər Bağırov, 1938-ci ildə güləşçi, “Neftçi”nin ilk prezidenti Aydın İbrahimov, 1946-cı ildə Xalq artisti, müğənni Səməd Səmədov doğulub.
Həmçinin, 1869-cu ildə norveçli tarixçi Kristian Lanqe, 1883-cü ildə amerikalı şair Vilyam Karlos Vilyams, 1922-ci ildə Anqolanın ilk prezidenti Aqostinyo Neto, 1929-cu ildə böyük britaniyalı Formula-1 pilotu Stirlinq Moss, 1932-ci ildə rusiyalı həkim-infeksionist Aza Rəhmanova, 1944-cü ildə italiaylı alpinisti Raynhold Messner, 1950-ci ildə Hindistanın 16-cı baş naziri Narendra Modi və 1985-ci ildə belaruslu müğənni Byanka dünyaya gəlib.
17 sentyabrda vəfat edənlər:
1844-cü ildə Şirvanın sonuncu xanı Mustafa xan, 2014-cü ildə Xalq artisti, müğənni Eldar Axundov dünyasını dəyişib.
Həmçinin, 1816-cı ildə rusiyalı dramaturq Vladislav Ozerov, 1836-cı ildə fransız botanik Antuan Jüsse, 1961-ci ildə Türkiyənin 9-cu baş naziri Adnan Menderes, 1987-ci ildə rusiyalı aktyor Vladimir Basov, 1996-cı ildə ABŞ vitse-prezidenti Spiro Aqnyu, 2001-ci ildə gürcüstanlı futbolçu və baş məşqçi David Kipiani və 2021-ci ildə Əlcəzair prezidenti Əbdüləziz Buteflika vəfat edib.
Pərviz


