Bakıda keçirilən İqlim Həftəsində nələr müzakirə olunur?

ÖLKƏ
19:11 / 02.10.2024
106

“Bakıda keçirilən İqlim Həftəsində regionda və dünyada  mövcud olan iqlim dəyişmələrinin çox geniş müzakirəsi aparılır”.

Bu sözləri Hit.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib. 

O bildirib ki, COP29-a hazırlıq çərçivəsində Bakıda keçirilən İqlim Həftəsində iqlim dəyişmələri ilə mübarizə, sudan istifadəyə qənaət,milli adaptasiya probleminin necə yerinə yetirilməsi, enerji sistemində mümkün ola biləcək dəyişikliklərin təmin edilməsi və siyasi, iqtisadi məsələlər müzakirə edilməkdədir: 

“Bakı İqlim Həftəsində dövlət, vətəndaş cəmiyyəti, elmi tədqiqat institutları, ekspertlər və bu sahədə fəaliyyət göstərən bütün şəxslər iştirak edir və lazımi mövzularla bağlı müzakirələr aparılır”.

Xatırladaq ki,  30 sentyabr tarixindən 4 oktyabradək Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçiriləcək.

Sevinc

0