İtlərə ağızlıq niyə taxılmır?

ÖLKƏ
21:18 / 07.10.2024
44

Şəhərin mərkəzində it gəzdirən şəxslər çox vaxt təhlükəsizlik qaydalarına riayət etmir, itlərini buruntaq olmadan, ağzı açıq şəkildə gəzdirirlər.

Bu da ətrafda olan insanları narahat edir.

Hüquqşunas Hüseyn Axundov Hit.az-a şərhində deyib ki, ev heyvanlarının, xüsusilə , itlərin ictimai yerlərdə ağızlıqsız gəzdirilməsini qadağandır:

“Bu qaydaları pozan şəxs qanunvericiliyin tələbinə uyğun olaraq, müəyyən məbləğdə cərimələnir. İtlərə ağızlığın taxılaraq, şəhərdə gəzdirilməsi daha məqsədəuyğun sayılır. Nəzərə almaq lazımdır ki, ağızlıqsız gəzdirilən itlər körpə uşaqlara, eləcə də böyuklərə xəsarət yetirə bilər. Beləliklə, qaydalara əməl etmək, itlər ağızlıqsız ictimai yerlərə çıxardırmamalıdır”. 

Sevinc

0