Paraqvay və Boliviya nümayəndələri La-Pas şəhərində keçirilən iclasda iki ölkə arasındakı sərhədin tam demarkasiyasını təsdiqləyiblər.
HİT.az ispan dilli "La Nacion" qəzetinə istinadən xəbər verir ki, proses 88 il davam edib.
Razılaşma uzunluğu 742 kilometr olan sərhədin rəsmiləşdirilməsinə imkan verir. Sərhədin 38 kilometrlik hissəsi çaylar boyunca keçir. Tərəflərin imzaladığı sənəddə bu qərar 1938-ci ildə başlanmış tarixi prosesin kulminasiyası adlandırılıb.
Tərəflər 1932–1935-ci illərdə baş vermiş Çako müharibəsinin başa çatmasından sonra sərhədin demarkasiyasını müzakirə etməyə başlayıblar.
"La Nacion" qeyd edir ki, fiziki işlər başa çatdıqdan sonra Boliviya və Paraqvay dövlət sərhədi tam demarkasiya edilmiş yeganə Cənubi Amerika dövlətləri olacaqlar.
Samir


