Bu ilin əvvəlinə olan son məlumata görə, Azərbaycanda rəsmi qeydiyyatda olan 1 milyon 676 min 80 ədəd minik avtomobili olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanda hər 1 000 nəfərə düşən minik avtomobili sayı 163 ədəd təşkil edib.
Ölkədə qeydiyyatda olan ümumi avtomobillərin sayı isə 1 milyon 934 min 598 ədəd olub. Bu isə o deməkdir ki, hər 1 000 nəfərə düşən avtomobil sayı 188 ədəd təşkil edib.
Məlumat üçün bildirək ki, region ölkələrində hər 1 000 nəfərə düşən avtomobil sayına görə Azərbaycan son sıralarda yer alır.
Keçmiş SSRİ və qonşu ölkələrin rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən apardığımız hesablama göstərir ki, hər 1 000 nəfərə düşən avtomobil sayına görə Estoniya ilk sırada qərarlaşıb. Bu ölkədə hər 1 000 nəfərə düşən minik avtomobili sayı 639 ədəd olub. Son sırada isə Türkmənistan yer alıb və hər 1 000 nəfərə düşən minik avtomobili sayı bu ölkədə cəmi 112 ədəd təşkil edib.
Keçmiş SSRİ və qonşu ölkələr arasında hər 1 000 nəfərə düşən avtomobil sayı aşağıdakı kimi olub:



