Bu xəstəxanaya müvəqqəti direktor təyin edildi

ÖLKƏ
19:19 / 01.11.2024
188
Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsinə müvəqqəti təyinat olub.
 
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə tibb müəssisəsinə rəhbərlik Nazir Əzizova həvalə olunub.
 
O, 2023-cü ildən xəstəxananın Poliklinika şöbəsinin müdiridir. 67 yaşlı N.Əzizov 1986-cı ildən bu xəstəxanada çalışır. O, həmin il xəstəxanada sahə həkimi kimi fəaliyyətə başlayıb və sonrakı illərdə müxtəlif vəzifələrdə işləyib.
 
Xatırladaq ki, bu ilin sentyabr ayında Ağsu RMX-nin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. RMX-nin direktoru Əli Hüseynov isə oktyabr ayında vəzifəsindən azad olunub.
 

0