Binəqədi bələdiyyəsi aktyor Tahir İsmayılovun başına oyun açıb

ÖLKƏ
11:44 / 04.11.2024
285

Aktyor Tahir İsmayılov Qəlbinur  dələduzluqla üzləşib.

 Aktyor Hit.az-a şərhində bildirib ki, torpaq satın alsa da, nə torpağa sahib ola bilir, nə də pulunu geri ala bilir: 

“Binəqədi rayon bələdiyyəsindən qanuni şəkildə, bütün sənədləri hazır olan 6 sot torpaq sahəsi aldım. Torpağın bütün sənədləri hazır və düzgündür. Evin tikintisinə başlayanda bir nəfər yaxınlaşdı ki, torpaq mənimdir, mənə satılıb. Üstündən 20 dəqiqə keçməmiş bir başqa xanım da yaxınlaşdı ki, torpağı mən almışam. Onlardan biri bələdiyyə sənədi ilə torpağı alıb, digərinə sənədi saxta yollarla makler hazırlayıb.10 aydır mən nə pulumu ala bilirəm, nə evi tikə bilirəm, nə torpağa sahib ola bilirəm.  Torpağı mənə satan şəxs dedi ki, çıxarışı bələdiyyədən ala bilərsən. Torpağın pulundan da əlavə mən həmin insana pul verdim. Mən torpağı etibarnamə ilə almışam. Torpaq qanuni şəkildə mənim ola-ola iki nəfər bir-birlərini qanunsuz sənədə görə məhkəməyə veriblər. Qanunsuz sənəd də nədir? Mən torpağı etibarnamə ilə almışam. Onlar gizlincə gedib etibarnəmi ləğv ediblər. Bütün bu problemlər də etibarnamənin ləğvi zamanı ortaya çıxdı. Mənə mesaj gəldi ki, sizin adınızda olan etibarnamə ləğv oldu. Nə pulumu ala bilirəm, nə də bələdiyyənin arxiv sənədini. Bir müddət sonra yenidən məni bələdiyyəyə çağırdılar. 20 gün əvvəl bələdiyyəyə getdim, hay-küy salıb, çığırdım. Səhhətimlə problem olduöu üçün təzyiqim qalxdı, şəkərim qalxdı. Bunlar da mənim bu vəziyyətimdən istifadə edib tez mənim şəxsi sənədlərimin içərisində həmin sənədin orijinalını götürdülər. Onlara bildirdim ki, bilirəm sənədi siz götürmüsüz, amma xahiş edirəm arxivdən sənədimi hazırlayıb verin. Original sənədi verməmək üçün müxtəlif bəhanələr səsləndirirlər. Sənədin altındakı imza və ad 6 il öncə Binəqədinin keçmiş bələdiyyə sədrinə aiddir. Bütün sənədlərdə onun adı qedy edilir”.

361473

Aktyor bildirib ki, onun tələbi torpağın çıxarışının verilməsidir:

“Torpağın əsl sahibi mən ola-ola qanunsuz sənədlərlə torpağı alan şəxslər məhkəmədə üz-üzə gəlir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban xanım Əliyeva, Baş Prokuror və Daxili İşlər Nazirliyinə müraciət etdim”.

Mövzu ilə bağlı qarşı tərəfin fikrini dərc etməyə hazırıq.

Sevinc

0