Cennifer Li Morqan: "Bərpa olunan enerji ilə bağlı Bakıda daha konkret mesajlar verilməlidir"

ÖLKƏ
19:58 / 12.11.2024
128

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində bərpa olunan enerji ilə bağlı daha konkret mesajlar verilməlidir.

HİT.az report-a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti üzrə dövlət katibi və xüsusi nümayəndəsi Cennifer Li Morqan (Jennifer Lee Morgan) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, verilən mesajlarda bərpa olunan enerji ilə bağlı təcrübələrin davam etdirilməsi ilə yanaşı, həm də onlara keçidin sürətləndirilməsi məsələsinə toxunulmalıdır: "Enerji toplanma anbarları və enerji şəbəkələri ilə bağlı infrastruktur təkmilləşdirilməlidir. "Yaşıl enerji" sahəsində çalışan işçi qüvvəsinə diqqət ayrılmalı və bacarıqları artırılmalıdır. Verilən mesajlarda enerji sektorunun karbonsuzlaşdırılması, 1,5°C temperatur hədəfinə çatmaq üçün kömürdən imtina da yer almalıdır".

0