3 ay əvvəl direktor təyin edilmişdi, işdən çıxarıldı - Yerinə baş həkim gətirildi

ÖLKƏ
23:32 / 15.04.2025
56

"Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi" Publik Hüquqi Şəxsinə direktor təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə Abdiyeva Günel Lətif qızı sözügedən mərkəzin direktoru təyin olunub. O, həmçinin mərkəzin baş həkimi vəzifəsini icra edəcək. 

Qeyd edək ki, ötən ilin oktyabr ayında Həmzəyev Elnur Sevindik oğlu "Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi"n direktoru təyin edilmişdi. Elnur Həmzəyevlə 3 aydan sonra direktor vəzifəsi üçün müqavilə uzadılmayıb. Onun hazırda sözügedən mərkəzdə direktor müavini kimi fəaliyyə göstərdiyi deyilir. 
 

0