300 bal toplayan Səma bu universitetdə oxumaq istəyir

ÖLKƏ
15:15 / 17.04.2025
221

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır. 

300 bal toplayanlardan biri Naxçıvan məktəblisi İsmayılova Səma Firəddin qızıdır. O, Naxçıvan şəhəri 11 saylı tam orta məktəbin şagirdidir.

Məktəbli Modern.az-a açıqlamasında bildirib ki, imtahan çox yaxşı keçdi, hazırlıq olmaq imtahanda çox yaxşı hiss etdirir”.

O bildirib ki, II ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaq istəyir:

“Təhsilimi maliyyə yaxud biznesin idarəedilməsi üzrə davam etdirmək istəyirəm. 700 bal toplamaq uğrunda çalışıram. Abituriyentlərə tövsiyə edirəm ki, çox yox düzgün çalışsınlar. Bu şəkildə imtahana hazırlaşmaq daha asan olur”.

0