Bu 4 tarixdə doğulan insanlar ən sakit və ünsiyyətcil hesab olunur

MARAQLI
16:16 / 20.11.2026
46

Bəzi insanlar var ki, onları əsəbiləşdirmək, mübahisəyə cəlb etmək və ya xırda məsələlərə görə incitmək olduqca çətindir. Onlar gözlənilməz dəyişikliklərə sakit yanaşır, kiçik anlaşılmazlıqları böyütmür və ətrafdakılara rahatlıq hissi aşılayırlar.

HİT.az “Parade” nəşrinin yazdığına görə, numerologiyada müəyyən tarixlərdə doğulan insanların daha təmkinli və ünsiyyətdə rahat olduqları iddia edilir. Bu baxımdan ayın dörd tarixi xüsusi qeyd olunur.

Ayın 7-də doğulanlar – xırda detallara ilişib qalmırlar

Numerologiyada 7 rəqəmi intuisiya, mənəvi axtarış və daxili müşahidə ilə əlaqələndirilir. Bu tarixdə doğulanların hadisələrə geniş prizmadan baxdıqları, kiçik problemləri böyütmədikləri iddia olunur.

Onlar hisslərini dərhal büruzə vermək əvəzinə, əvvəlcə vəziyyəti təhlil etməyə üstünlük verirlər. Səs-küylü mühitdə belə təmkinlərini qoruyur, mübahisədə qalib gəlməkdən çox, ətrafdakıların özlərini rahat hiss etməsinə çalışırlar.

Ayın 9-da doğulanlar – tez bağışlayır və unudurlar

Numerologiyada 9 rəqəmi müdriklik, mərhəmət və tamamlanma rəmzi sayılır. Bu tarixdə doğulanların başqalarının səhvlərinə daha anlayışla yanaşdıqları və insanları olduqları kimi qəbul etdikləri bildirilir.

Onlar üçün hər fikir ayrılığını münaqişəyə çevirmək vacib deyil. Planlar dəyişdikdə və ya işlər gözlənildiyi kimi getmədikdə belə, sakit davranaraq ətrafdakıların da gərginliyini azaltmağa çalışırlar.

Ayın 20-də doğulanlar – sülh və harmoniya tərəfdarıdırlar

Numerologiyada 20 rəqəmi 2-yə endirilir və harmoniya, tərəfdaşlıq, əməkdaşlıqla əlaqələndirilir. Bu tarixdə doğulanların emosional həssaslığı və insanlarla münasibətlərdə yumşaq davranışı ilə seçildiyi iddia olunur.

Onlar ətrafdakı gərginliyi tez hiss edir və mübahisələrin böyüməsinin qarşısını almağa çalışırlar. Bu xüsusiyyətlərinə görə yaxşı həmkar, dost və tərəfdaş hesab olunurlar. Məqsədləri rəqabət aparmaqdan daha çox, ortaq məxrəcə gəlməkdir.

Ayın 27-də doğulanlar – insanları anlamağa çalışırlar

27 rəqəmi numerologiyada 9-a endirilir (2+7=9) və humanizm, mərhəmət anlayışları ilə əlaqələndirilir. İddialara görə, bu tarixdə doğulanlarda həm həssaslıq, həm də fəlsəfi düşüncə tərzi birləşir.

Onlar insanları dəyişdirməyə çalışmaq əvəzinə, ilk növbədə anlamağa üstünlük verirlər. Ətrafdakılara qarşı mehriban davranır, xırda mübahisələrə vaxt itirmək istəmirlər. Bu səbəbdən onların yanında insanlar özlərini daha rahat və sərbəst hiss edirlər.

Qeyd edək ki, astrologiya və numerologiya elmi cəhətdən təsdiqlənmiş sahələr deyil. Bu cür yanaşmalar qədim inanclara və simvolik yozumlara əsaslanır, insanın xarakterini doğum tarixinə görə müəyyənləşdirmək üçün etibarlı elmi sübut hesab olunmur.

Samir
 

0