İrandan narkotik vasitə gətirən TIR sürücüsü saxlanıldı -VİDEO

ÖLKƏ
12:12 / 29.05.2026
67

İrandan Azərbaycana 19 kiloqram (kq) narkotik gətirməkdə şübhəli bilinən TIR sürücüsü saxlanılıb.

Bu barədə Hit.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçiridiyi əməliyyatlar zamanı nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kq heroin və 3 kq-dan çox psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

0