Salyanda müəmmalı hadisə: Qoyunlar tapıldı, çoban yox - VİDEO

ÖLKƏ
18:59 / 23.07.2026
52
"Heyvanları qonşunun oğlu ilə birgə aparıb Xırdalanda satıb".
 
HİT.az xəbər verir ki, bu sözləri İctimai TV-ə Salyanda 84 baş qoyunla birgə yoxa çıxan çobanın işlədiyi təsərrüfatın sahibi İlkin Rüstəmov deyib.
 
İ.Rüstəmov qoyunlarının 72-ni geri qaytara bildiyini qeyd edib.
 
"Qoyunlarımı satdığı yeri tapdım, getdim 72-ni alıb gəldim. Satdığı şəxs məndən pul istədi, dedim pulu kimə vermisənsə, get ondan al", deyə, o qeyd edib.
 
Çoban Ramiz Rüstəmovun yaxınları bu hadisənin ilk dəfə başlarına gəlmədiyini deyiblər. Bildirilib ki, Ramiz daha əvvəl bir-neçə dəfə də eyni hadisəni törədib, sonra isə evinə qayıdıb, amma hazırda 3-4 gündür ki, ondan xəbər yoxdur.
 

0