Qarabağ Atçılıq Zavodunda hazırda 331 baş Qarabağ atı var.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq zavodun direktoru Elman Qədirov bildirib.
Onun sözlərinə görə, təsərrüfat Ağdam rayonuna aid olsa da, hazırda atlar Ağcabədi rayonunun Ləmbəran qışlaqlarında saxlanılır və yetişdirilir.
E.Qədirov həmçinin qeyd edib ki, dövlət qeydiyyatında olan 331 baş atdan əlavə, respublika üzrə şəxsi təsərrüfatlarda da xeyli sayda Qarabağ atı mövcuddur.


