İllərdir aldıqları mənzilə köçə bilmirlər - VİDEO

ÖLKƏ
09:10 / 01.10.2026
50

Bir ilə təhvil veriləcəyi deyilən mənzillərini illərdir gözlədiklərini bildirirlər.

Binəqədi rayonunun Söyüdlü küçəsində ev alan vətəndaşlar iddia edirlər ki, "Binəqədi Park" MMC-nin inşa etdiyi üçmərtəbəli, apartament tipli tikililərin hər birində doqquz mənzil nəzərdə tutulub. Şikayətçilər evləri 2022-ci ildə müqavilə əsasında aldıqlarını deyirlər. Onlar hələ də evlərinə köçə bilmədiklərini  bildirirlər.

Onlar şirkətə dəfələrlə müraciətlərinə baxmayaraq, təhvil məsələsinin həllini tapmadığını iddia edirlər. Vətəndaşlar tikinti işlərinə məsul şəxs kimi Elvin Kazımovun adını çəkir, onun şirkətin rəhbəri olduğunu bildirirlər. Tələbləri isə mənzillərin yaşayış üçün hazır vəziyyətə gətirilməsidir.

Səsləndirilən iddialarla bağlı Elvin Kazımovla əlaqə saxlamaga çalışsaq da zənglərimiz cavabsız qaldı. Şikayətçilər isə evlərinin nə vaxt təhvil veriləcəyinə dair konkret cavab gözləyirlər.//Xəzər TV

0