Xalq artisti Elmira Şabanova dəfn edildi - FOTO

ÖLKƏ
13:10 / 26.11.2026
51

Xalq artisti Elmira Şabanova ilə Təzəpir məscidində vida mərasimi keçirilib.

HİT.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ailə üzvləri iştirak ediblər.

Daha sonra Elmira Şabanova dəfn edilib. Xalq artisti Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Elmira Şabanova ötən gün 86 yaşında vəfat edib.

0