Bu gün tarixin vərəqlərində 26 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.
26 noyabr bəzi şəxslərin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin isə vəfatı bu günə təsadüf edir. Həmçinin, bu gün Ümumdünya İnformasiya Günü, Dünya Zeytun Ağacı Günü, Hindistanda Konstitusiya Günü, Monqolustanda isə Respublika Günü kimi qeyd olunur. Beləliklə, tarixin 26 noyabrına nəzər salırıq.
26 noyabrda baş verənlər:
1991-ci ildə ANS TV televiziya kanalı yayıma başlayıb. Eyni ildə Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtariyyətinin ləğvini bəyan edərək Stepanakertin adını dəyişdirib Xankəndi qoyub. 1996-cı ildə Azərbaycan və Mali arasında diplomatik əlaqələr qurulub. Həmçinin 1942-ci ildə Hamfri Boqart və İnqrid Berqmanın baş rollarda çəkildiyi “Kasablanka” filminin Nyu-Yorkda premyerası keçirilib. 2003-cü ildə isə “Konkord” təyyarəsi son uçuşunu İngiltərənin Bristol şəhəri üzərində edib.
26 noyabrda doğulanlar:
1927-ci ildə Əməkdar elm xadimi, filoloq Həsən Mirzə, 1928-ci ildə aktyor Müxlis Cənizadə, 1947-ci ildə Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı Madər Musayev, 1966-cı ildə müğənni Xeyransa Məmmədova və 1970-ci ildə Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadova dünyaya gəlib.
Həmçinin, 1883-cü ildə macarıstanlı şair Mihay Babiç, 1909-cu ildə fransız və rumıniyalı dramaturq Ejen İonesko, 1932-ci ildə Hindistanın 15-ci baş nazir Manmohan Sinqh, 1939-cu ildə amerikalı müğənni Tina Törner, 1955-ci ildə özbək aktrisası Tamara Şakirova, 1968-ci ildə türk müğənnisi Haluk Levent və 1990-cı ildə britaniyalı müğənni Rita Ora doğulub.
26 noyabrda vəfat edənlər:
1891-ci ildə general-leytenant Fərəc bəy Ağayev və 1937-ci ildə aşıq Mirzə Bilal dünyasını dəyişib.
Həmçinin, 1844-cü ildə isveçli botanik Qustav Yohan Billberq, 1855-ci ildə polşalı şair Adam Mitskeviç, 2012-ci ildə amerikalı cərrah Cozef Mürrey, 2014-cü ildə livanlı müğənni və aktrisa Səbah, 2018-ci ildə isə italiyalı kinorejissor Bernardo Bertoluççi vəfat edib.
Pərviz


