Bakıda həkimlərin geyimləri hər gün belə məhv edilir (FOTO)

13:41 / 12.05.2020
1500

TƏBİB-in tabeliyində olan xəstəxana və tibb müəssisələrindən istifadə edilmiş qoruyucu geyim və digər vasitələr toplanılaraq Abşeron rayonu, Pirəkəşkül massivindəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhlükəli Tullantılar Poliqonu ərazisində yerləşən xüsusi müəssisəyə təhvil verilir. 

Bu barədə Hit.Az-a BŞİH-in Mətbuat Xidmətindən bildirilib.

Təhlükəli tullantılar bu poliqondakı insineratorda (dünya standartlarına cavab verən xüsusi soba) yandırılaraq utilizasiya olunur. Yanma zamanı əmələ gələn tüstü xüsusi filtrlərdən keçir ki, bu da tüstünün insanlara dəyə biləcək ziyanı heçə endirir. Yanma nəticəsində əmələ gələn kül qablara toplanaraq poliqondakı hüceyrələrdə basdırılır.

BŞİH-dən bildirilib ki, bu prosesə cəlb edimiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri ölkə başçısının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı xidmələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə ayrılan vəsait hesabına Almaniyadan alınıb. Onların yük yeri paslanmayan materialdan hazırlanıb və hermetikdir. Hazırda 3 ədəd belə avtomobil gündəlik olaraq paytaxtın tibb müəssisələrindən bu cür tullantıların toplanması və utilizasiya yerinə çatdırılması ilə məşğuldur. İşçilər xüsusi geyim və qoruyuğu vasitələrlə təmin edilib, texnika gündəlik dezinfeksiya edilir. Yaxın günlərdə Bakıya daha 4 ədəd belə avtonəqliyyat vasitəsi gətiriləcək.

0