NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməlidirlər, bu məsələ alyans üçün prioritet olaraq qalır.
HİT.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte jurnalistlərə açıqlamasında bildirib, məlumatı “İnterfaks” yayıb.
Baş katib vurğulayıb ki, alyans üzvləri əvvəllər göstərilən böyük həcmdə yardıma baxmayaraq Ukraynaya dəstəyi davam etdirməlidir. Rutte bu mövqeni həftənin sonunda keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə müdafiə edəcəyini də bildirib.
Bundan əvvəl “Politico” nəşri yazıb ki, ABŞ prezidenti Donald Tramp G7 sammitində Avropa liderləri ilə İran məsələsində yardım üzrə razılığa gəlib və bunun müqabilində Ukraynaya dəstək vəd edib.
Ötən həftə Rusiya prezidenti Vladimir Putin Tramp ilə telefon danışığında bildirib ki, Ukrayna və onun müttəfiqlərinin münaqişənin gedişatını öz xeyirlərinə dəyişmək cəhdləri uğursuzluqla nəticələnəcək.
Samir


