Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

İDMAN
16:26 / 17.06.2026
44

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

HİT.Az-ın məlumatına görə, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

"Ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

0