"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
HİT.az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə ÇSKA (Bolqarıstan) - "Derri City" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək. Qurban Qurbanovun komandası bu mərhələdəki ilk matçını evdə keçirəcək.


