Tarixin 17 iyunu...

MARAQLI
15:31 / 17.06.2026
122

Bu gün tarixin vərəqlərində 17 iyundayıq.

Hit.az xəbər verir ki, bu gün Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu gün həmçinin, İslandiyada İsland Milli Günü, Latviyada isə Latviya Respublikasının İşğalı Günü günüdür. İndi isə 17 iyunda baş verənləri, doğulanları və vəfat edənləri yada salacağıq...

17 iyunda baş verənlər:
1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılıb. 1988-ci ildə Azərbaycan Ali Soveti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edib.

1940-cı ildə Estoniya, Latviya və Litva Sovet İttifaqı tərəfindən işğal olunub. 1944-cü ildə İslandiya Danimarkadan müstəqilliyini elan edərək respublikaya çevrilib. 1962-ci ildə Braziliya milli futbol komandası FİFA Dünya Kubokunu qazanıb. 1985-ci ildə “Discovery Channel” telekanalı təsis edilib.

17 iyunda doğulanlar:
1926-cı ildə Xalq rəssamı Elbəy Rzaquliyev, 1947-ci ildə Xalq artisti, opera müğənnisi Fidan Qasımova, 1880-cü ildə amerikalı yazıçı Karl van Vexten, 1882-ci ildə rus bəstəkar İqor Stravinski, 1887-ci ildə Türkiyənin dövlət xadimi Şükrü Saracoğlu, 1930-cı ildə türkiyəli aktrisa Adile Naşit, 1976-cı ildə rus şahmatçı Pyotr Svidler və 1987-ci ildə amerikalı repçi Kendrik Lamar doğulub. 

17 iyunda vəfat edənlər:
1973-cü ildə Xalq artisti, aktrisa Solmaz Orlinskaya, 2001-cı ildə dövlət xadimi Rafiq Feyzullayev, 2003-cü ildə bəstəkar Şahid Əbdülkərimov və 2022-ci ildə sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev dünyasını dəyişib.

Həmçinin, 1974-cü ildə Türkiyənin dövlət xadimi Refik Koraltan, 2015-cı ildə Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl,  2016-cı ildə gürcü balerina Vera Siqnadze və 2019-cu ildə Misirin demokratik seçki ilə seçilən ilk prezidenti Məhəmməd Mürsi vəfat edib.

Pərviz

0