DİN-dən açıqlama: Tibbi maska taxmayanlar cərimə olunmur, amma...

ÖLKƏ
14:16 / 12.05.2020
1349

Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərə cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Hit.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmadığını bildirib:

"Maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər”.

1