“Azinvestkredit BOKT”un rəhbəri vəzifəsindən azad edilib – Yeni təyinat

14:09 / 08.06.2020
1689

“Azinvestkredit Bank Olmayan Kredit Təşkilati” MMC-nin İdarə Heyəti sədri (təkbaşına rəhbəri) vəzifəsindən azad edilib.

HİT.Az Banker.az-a istinadən xəbər verir ki, yeddi yaşlı “Azinvestkredit” bu günə qədər rəhbərlik edən Vəliyeva Səbinə Novruz qızı vəzifəsindən ayrılıb.

Digər əldə etdiyimiz məlumata əsasən isə onu müvəqqəti vəzifə icraedicisi kimi Kərimli Nurlan İlqar oğlu əvəzləyib.

“Azinvestkredit” 2013-cü ildə yaradılıb, 500 min nizamnamə kapitalı var. Kapitalının əlli-əlliyə Tamara İsmayılova və Əkbər İsmayılov adlı rezident fiziki şəxslərə məxsudur. BOKT, biznes, istehlak və ipoteka kreditləri təqdim edir.

0