\"20 Yanvar\" dairəsində işlər nə vaxt yekunlaşacaq? (RƏSMİ)

11:26 / 13.05.2020
1160

"Yaxın iki gün ərzində 20 Yanvar ərazisində nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq".

Bunu "Sabaha saxlamayaq" verilişində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, hazırda "20 Yanvar" dairəsinə düşən və qalxan istiqamətdə Müzəffər Həsənov küçəsində işlər həyata keçirilir: "Bir müddətdir ki, orda işlərə start verilib. Kommunikasiya xəttlərinin çəkilişi ilə məşğul olan qurumlar orada işlərini həyata keçirirdilər.

Yaxın iki gün ərzində 20 Yanvar ərazisində nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. Artıq həmin ərazidə üfüqi nişanlanma işlərinin bərpası ilə küçə sürücülərin istifadəsinə veriləcək".

5
Baku.ws