Azərbaycan və İran arasında uçuşlar bərpa olunacaq?

ÖLKƏ
13:33 / 13.07.2020
887

"Azərbaycan və İran rəsmiləri iki ölkə arasında uçuşların bərpa edilməsi ilə bağlı müzakirələr aparır". 

Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə  deyib.

O, həmçinin xatırladıb ki, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq Azərbaycan və İranın quru sərhədləri vasitəsilə nəqliyyatın hərəkəti tamamilə dayandırılmayıb. 

"Səfirliklə Nazirlər Kabineti yanında Operativ Qərargah arasında çox səmərəli və sıx əməkdaşlıq qurulub. Karantin dövründə Azərbaycanda qalmış 1 000-dən çox İran vətəndaşı 6 mərhələdə vətəninə, İranda qalmış 160 Azərbaycan vətəndaşı isə Tehran-Bakı aviareysi, Astara və Biləsuvardakı sərhəd-keçid məntəqələri vasitəsilə ölkəsinə qayıdıb. Bizimlə yanaşı, Azərbaycanın İrandakı səfirliyi də bu sahədə böyük fəallıq göstərib" - o bildirib. 

1
Report.az