Lənkəranın bir üzündə sərt karantin, birində isə...

18:10 / 13.07.2020
1090

Lənkəran şəhərində sərt karantin rejimi tətbiq olunsa da, rayonun kəndlərində fərqli mənzərənin şahidi olmaq mümkündür.

HİT.Az-ın verdiyi xəbərə görə, sərt karantin rejimi Lənkəranın kəndlərinə şamil edilməyib və bütün iaşə obyektləri, kafe və restoranlar fəaliyyətdədir. 

Rayonun Şilavar, Digah kimi kəndləri Lənkəranın mərkəzinə yaxın olduğuna görə şəhər sakinləri həmin ərazilərdəki kafe-restoranlara gedir, daha sonra evlərinə qayıdırlar. 

Lənkəranın şəhər ərazisində isə bütün kafe-restoranlar, otellər, geyim dükanları bağlanıb, Daxili Qoşulnların əsgərləri və Çevik Polis Alayının əməkdaşları karantin rejiminə nəzarət edirlər.

1