Sürücü işlədiyini deyən məktəb direktorunun yalanının üstü AÇILDI

13:15 / 31.08.2020
868

Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı yazdığı fikirlər həqiqəti əks etdirmir.

Bunu HİT.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, “BakuBus MMC”də bu adda sürücü çalışmır:

“Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o bunu sadəcə paylaşım xatirinə edib”.

Onun sözlərinə görə, “BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasına həyata keçirilir:

“Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlərə cəlb olunur. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir”.

0