“Optimal Elektronika” MMC şəhid müştərilərinin borcunu SİLDİ

ÖLKƏ
13:02 / 06.10.2020
666

“Optimal Elektronika” MMC şəhid müştərilərinin borcunu silib.

Bu barədə HİT.Az-a “Optimal Elektronika” MMC-dən bildirilib: 

"Ölkəmizin bu şərəfli dövründə milli ordumuzda vuruşaraq şəhid olmuş əziz şəhidlərimizin Optimal Elektronikaya olan bütün kredit borclarının bağışlandığını bildirir, ailələrinə və sevdiklərinə başsağlığı diləklərimizi çatdırırıq.

Canı ilə, qanı ilə vətənimizi, torpağımızı qoruyan, Vətənə borcunu ödəyən şəhidlərimizə olan vəfa borcumuz ödənməz.

İnanırıq ki, qüvvətli Azərbaycan ordusu şəhidlərimizin qisasını alaraq onların qanını yerdə qoymayacaqdır.

Zəfər bizimdir, Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!"

0