Uzun səfərlər üçün ideal: Ən böyük yürüş məsafəsinə malik elektrik avtomobili

AVTO
23:15 / 12.05.2026
56

Bir çox sürücülər üçün elektrik avtomobili seçərkən əsas meyarlardan biri bir dəfə şarjla qət edilən məsafədir. Müasir modellər yüzlərlə kilometr yol qət edə bilsə də, bu göstərici üzrə lider seçilib.

HİT.az xəbər verir ki, BGR nəşrinin məlumatına görə, ən böyük yürüş məsafəsinə malik elektrik avtomobil “Lucid Air Grand Touring” modelidir. Bu avtomobil EPA test dövrünə əsasən 824 km məsafə qət edə bilir.

Bundan əlavə, “Lucid Motors” şirkəti bildirir ki, “Lucid Air Grand Touring” real şəraitdə 960 km-ə qədər məsafə qət edə bilər. Bu göstərici WLTP test nəticələri ilə də təsdiqlənir.

Qeyd olunur ki, modelin üstünlükləri təkcə böyük yürüş məsafəsi ilə məhdudlaşmır. Avtomobil sürətli şarj texnologiyasını dəstəkləyir və 350 kVt gücündə sabit cərəyan şarj stansiyasına qoşulduqda cəmi 12 dəqiqəyə 320 km əlavə məsafə qazandırır.

“Lucid Air Grand Touring” həm də yüksək performanslı avtomobildir. O, ümumi 819 at gücünə və 1200 Nm fırlanma anına malik iki elektrik mühərriki ilə təchiz olunub. 0-dan 100 km/saata sürətlənmə 3,2 saniyə çəkir, maksimal sürət isə 270 km/saatla məhdudlaşdırılıb.

Modelin əsas mənfi cəhəti yüksək qiymətidir. ABŞ bazarında bu versiyanın qiyməti 114 900 dollardan başlayır.

Bundan əlavə, “Lexus” şirkəti yeni 6 yerlik elektrik krossoveri TZ modelini də təqdim edib. Avtomobil 5,1 metr uzunluğa və 3050 mm təkər bazasına malikdir. Geniş salon akkumulyatorun döşəmədə yerləşdirilməsi hesabına təmin edilib.

“Lexus TZ” qabaqcıl səs izolyasiyası və 21 dinamikli “Mark Levinson” audio sistemi ilə təchiz olunub. Şirkət dizaynın sadəlik və komfort prinsiplərinə uyğun hazırlandığını bildirir.

Samir
 

0