\"Artıq onları diz çökdürmüşük\" - Prezident

15:07 / 20.10.2020
1006

"Bu gün özünü dilənçi kimi, düşük kimi aparan... Bağışlayın ifadəmə görə, amma onlar bütün bu sözlərə layiqdirlər. Gecə gündüz bütün beynəlxalq təşkilatlara məktub göndərir ki, niyə səsinizi çıxarmırsız. Necə çıxara bilərlər? Artıq sənəd qəbul olunub. Baxmayaraq ki, onlar 2 dəfə Gəncəni Ermənistan ərazisindən bombalamışdılar. Amma biz döyüş meydanında cavab verdik".

HİT.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

"Bəyanat veriblər ki, Ermənistan raket atmayıb Gəncəyə. Ağıl yoxdu. Ağıl olsaydı bilərdilər ki bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyanın aparıcı ölkələri tərəfindən izlənilir. O gecə vaxtı təsadüfən ora düşməmişdi.... Artıq onları diz çökdürmüşük. Onlara layiq olduqları yeri göstərdik. Qovuruq onları bu torpaqlardan bundan sonra da qovacağıq. Hər gün yeni xəbərlər gəlir. Bayrağımızı azad edilən torpaqlarımızda yüksəldirik".

0