Təyyarə qəzaya uğradı: Klub prezidenti və 4 futbolçu həlak oldu - FOTO

DÜNYA
21:40 / 24.01.2021
1015

Braziliyanın Portu-Nasiunal şəhərində təyyarə qəzası baş verib.

HİT.Az "R Sport" agentliyinə istinadən xənət verir ki, hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın 4-cü divizionunun klubu "Palmas”ın prezidenti və dörd futbolçusu olub.

Onların hamısı qəza zamanı həlak olublar. Məlumata görə, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.

Qeyd rdək ki, "Palmas" yanvarın 24-də səfərdə "Vila-Nova” klubuna qarşı oynamalı idi.

1