Paşinyan yenə canlı yayıma çıxdı - Şuşadan danışdı

SİYASƏT
11:58 / 30.01.2021
20402

Ermənistan baş naziri Nikol Paşinyan bu gün özünün "Facebook" hesabından yenidən canlı yayıma çıxıb.

Paşinyan Şuşa şəhəri ilə bağlı bir müddət əvvəl dediyi “əhalisinin 90%-i azərbaycanlı olan Şuşa erməni şəhəri sayıla bilərmi?” açıqlamasına izahat verib.

O, sözlərinin yanlış anlaşıldığını deyib.
“Mən Şuşa barədə danışarkən Vladimir Putinin təklifinə toxunmuşdum. Amma həmin variant şəhərin 90%-dən çox əhalisinin azərbaycanlı olmasını nəzərdə tuturdu. Odur ki, “Şuşa bu statusda erməni şəhəri sayılırmı” sualına cavab vermişəm”.
 
Paşinyan Putinin təklifinin qəbul olunacağı təqdirdə, Şuşa əhalisinin 1992-ci ildəki demoqrafik tərkibinin əsas götürüləcəyini xatırladıb.

“Mən bu təklifə reaksiya verdim. Əhalisinin 96%-dən çoxu azərbaycanlı olacaq şəhər necə erməni nəzarəti altında sayıla bilərdi?”-deyə Paşinyan qeyd edib.
 
Baş nazirin fikrincə, Qarabağın yekun statusunun həll olunmadığı halda bu sayda azərbaycanlı məcburi köçkünün Şuşaya dönüşü qəbuledilməz idi.

13
Modern.az