Nemət Pənahlı koronavirusa yoluxdu

ÖLKƏ
16:17 / 05.04.2021
842

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı koronavirusa (COVİD-19) yoluxub.

HİT.Az Sfera-ya istinadən xəbər verir ki,bu barədə tanınmış hüquqşünas Namizəd Səfərov öz "Facebook” hesabında paylaşım edib.

Namizəd Səfərovun sözlərinə görə, Nemət Pənahlının son durumu heç də ürəkaçan deyil.

"Nemət Pənahlı COVID-19-la həyat uğrunda ölüm-dirim mübarizəsi aparır”.

Qeyd edək ki, Nemət Pənahlı Milli Dövlətçilik Partiyasının sədri, 1988-ci ildə meydan hərəkatı zamanı əsas simalardan biri olub.

0