NATO ilə Rusiya arasında silahlı insident: Atəş açıldı, təyyarələr bombaladı

DÜNYA
15:23 / 23.06.2021
1939

Qara dənizdə insident yaşanıb.

Rusiya KİV-i xəbər verir ki, Böyük Britaniyaya məxsus Defender esminetsinin Rusiyanın su sərhədlərini pozmasının qarşısı alınıb. Hadisə Fiolent burnunda baş verib.

Belə ki, Rusiyanın su sərhədlərinə 3 kilometr dərinliyə qədər daxil olan gəmiyə Qara dəniz donanmasının keşikçi gəmiləri tərəfindən xəbərdarlıq atəşi açılıb. Bundan nəticə hasil olmadıqda isə Su-24M təyyarələri tərəfindən 4 xəbərdarlıq xarakterli bomba atılıb.

Yalnız bundan sonra Defender gəmisi ərazini tərk edib.

1
Modern.az