Sürücülər DİQQƏT - Bakının bu yolunda hərəkət sürəti endirildi

ÖLKƏ
13:44 / 25.05.2020
953

Bakı-Ələt yolunun 15-ci kilometrində hərəkət sürəti aşağı endirilib.

Hit.Az xəbər verir ki, sözügedən yolun həm Ələt qəsəbəsi istiqamətində, həm də paytaxt istiqamətində (Lökbatan dairəsinin yaxınlığında) hərəkət sürəti əvvəllər 90 km/saat sürət həddində idi. Lakin bir neçə gün öncə qeyd olunan yolun həmin hissəsində hərəkət sürəti 90 km/saat sürətdən pilləli şəkildə olaraq 50 km/saat sürətə endirilib.

Sürücülərə diqqətli olmaları tövsiyə olunur.

0