Azərbaycanın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərində Azərbaycan dilinin tədrisinə başlanılıb.
HİT.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanşünaslıq Mərkəzi yerli universitetin nəzdində fəaliyyət göstərəcək.
İlk mərhələdə 10-dan artıq Xankəndi sakini Azərbaycan dilini pulsuz öyrənə biləcək. 6 ay davam edəcək kursların yaxın perspektivdə genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycan dilinin sülhməramlıların nəzarəti altında olan digər şəhər və kəndlərdə təşkil olunması da müzakirə edilir.
Bəzi məlumatlara görə bu addım bölgənin Azərbaycana dinc inteqrasiyasına hazırlıq çərçivəsində həyata keçirilir.