Ermənistan aviaşirkəti İstanbula birbaşa uçuşlar təşkil edəcək

DÜNYA
19:09 / 24.11.2021
707

Ermənistanın “Flyone Armenia” aviaşirkəti İstanbula birbaşa uçuşlar təşkil edəcək.

Müntəzəm sərnişin reyslərinə dekabrın 15-dən start veriləcək.

Uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri “Zvartnots” aeroportundan həyata keçiriləcək.

Sərnişinlərə qiyməti 39 avrodan başlayan “Standard”, “Loyal” və “Advantage” olmaqla üç tarif planı təklif olunacaq.

Qeyd edək ki, “Flyone Armenia” aviaşirkətinin faktiki təsisçisi iş adamı Xaçatur Sukiasyandır.

0