“WhatsApp”dan istifadəçilərini sevindirəcək YENİLİK

TEXNO
09:14 / 15.12.2021
2150

“WhatsApp” istifadəçiləri bundan sonra göndərdikləri səsli mesajlara əvvəlcədən baxa biləcəklər.

HİT.az xəbər verir ki, bu barədə sosial şəbəkənin tviter səhifəsində məlumat yayılıb.

"Göndər" düyməsini klikləməzdən əvvəl səsli mesajları dinləmək mümkün olacaq.

0