Futbol əfsanəsi İslam dinini qəbul etdi

22:49 / 04.03.2022
1027

Niderland millisi və "Milan"ın əfsanəvi futbolçusu Klarens Zeedorf İslam dinini qəbul edib.

HİT.az xəbər verir ki, o, bu barədə İnstaqramda paylaşım edib.

"Müsəlman ailəsinə qoşulmağıma görə gələn təbrik mesajları üçün xüsusi təşəkkür edirəm. İslam dininə qoşulmaqdan çox şadam və məmnunam, xüsusən də mənə İslamın mənasını daha dərindən öyrədən sevimli Sofiyaya. Mən adımı dəyişməmişəm. Valideynlərim tərəfindən verilən Klarens Zeedorf adımı daşımağa davam edəcəyəm! Dünyadakı hər kəsə bütün sevgilərimi göndərirəm", - sabiq futbolçu bildirib.

Qeyd edək ki, Zeedorf "Ayaks", "Real" və "Milan"la Çempionlar Liqasının qalibi olub. O, 3 fərqli klubla bu turniri qazanan yeganə futbolçudur. 45 yaşlı futbolçu 2013-cü ildə futbolçu karyerasını bitirib.

0