Generalın əmlak savaş davam edir - Məqsədinə çata biləcəkmi?

İQTİSADİYYAT
18:55 / 08.05.2023
524

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev müsadirə olunmuş əmlaklarını geri qaytarmaq üçün cəhdlərini davam etdirir. 

Hir.az xatırladır ki, həbs olunduqdan sonra Bakı Hərbi Məhkəməsində mühakimə olunan və 12 il azadlıqdan məhrum edilən Mövlam Şıxəliyev apellyasiya şikayətində əmlaklarının geri qaytarılmasını da xahiş edib. Bundan əlvaə, onun ailə üzvləri də müsadirə olunmuş əmlaklarla bağlı məhkəmə iddiası qaldırıb. 

Mövlam Şıxəliyevin Apellyasiya Məhkəməsi artıq bitib. Hakim İlqar Murğuzov birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 
Maraqlıdır ki, bundan dərhal sonra Mövlam Şıxəliyev Ali Məhkəməyə kassasiya şikayəti verib. Halbuki apellyasiya məhkəməsindən sonra müəyyən müddət gözlənilməli və icra prosesi başlamalı idi. Lakin Mövlam Şıxəliyevlə bağlı bu məqam nəzərə alınmayıb.

Zərərçəkənlər hesab edir ki, keçmiş idarə rəisinin tələsik kassasiya şikayəti təqdim etməsi icra prosesinin qarşısını almağa yönəlib. 
Yeri gəlmişkən, zərərçəkənlər hələ kassasiya şikayəti təqdim etməyib. Bu da icra prosesinin ləngiməməsi üçündür. 

Bununla belə, Mövlam Şıxəliyevin məqsədinə çatacağı inandırıcı görünmür. Ən azı ortada MTN generalı Akif Çovdarov nümunəsi var. O müsadirə olunmuş əmlaklarını geri alsa da, sonradan Ali Məhkəmə bununla bağlı qərarı ləğv elədi. Həmin olaydan sonra Mövlam Şıxəliyevin əmlakları ilə bağlı müsbət qərarın veriləcəyinə şübhə ilə yanaşılır. 

Anar

0