Ajda Pekkan villasını bu qiymətə satdı

MAQAZİN
13:24 / 22.05.2023
403

Türkiyəli məşhur müğənni Ajda Pekkan villasını satıb.

HİT.az xəbər verir ki, o, 3 ildir satışa çıxardığı İstanbulun Sarıyer bölgəsindəki evini satmağa nail olub.

Superstar 1,5 sot ərazidə yerləşən 6 otağı, 2 salonu və 3 vanna otağı olan villasını astronomik qiymətə satıb. Belə ki, Pekkan bu satışdan 65 milyon TL qazanc əldə edib. O, 950 kvadratmetr ərazisi olan villasını İstanbulda gözlənilən zələzələ riskinə görə təcili satdığını bildirib.

Pərviz

0