Müğənni Britni Spirs uşaq dünyaya gətirmək istədiyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə pop ifaçı “Instagram” hesabında paylaşım edib.
Britni Spirs videomaterial yayımlayıb və həmin videoda əlində gitara ilə rəqs etdiyi görünür. Sənətçi gitaranı Meksikada aldığını və bununla gələcəkdə uşaq sahibi olacağına ümid etdiyini qeyd edib.
“Bunu Meksikada bir gün uşaq dünyaya gətirə biləcəyim ümidilə aldım”, deyə ulduz videoya şərh yazıb.
Bununla belə, müğənni nəyi nəzərdə tutduğunu ətraflı izah etməyib. Qısa müddət sonra Spirs həmin mətni paylaşımından silib.
14 apreldə məlum olub ki, ifaçı oğulları Şon Preston və Ceyden Ceymsin tələbi ilə reabilitasiya klinikasına yerləşməyi planlaşdırıb. Məlumata görə, onun yaxın çevrəsindən olan mənbə bildirib ki, Britni Spirs uzun müddətdir yaxınlarına reabilitasiyaya gedəcəyinə söz versə də, bunu təxirə salıb. “Daily Mail” nəşrinin mənbəsinin sözlərinə görə, yalnız oğulları onun yardım üçün müraciət etməsinə təsir göstərə bilib. Bildirilir ki, pop ulduz reabilitasiya mərkəzində 30 gün keçirəcək.
Samir


