20 nəfər Bakı meriyasını məhkəməyə verdi

İQTİSADİYYAT
18:35 / 25.05.2023
466

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. 

HİT.az xəbər verir ki, 20 nəfər vətəndaş qurumdan şikayətçidir. İddiaçılar aşağıdakı şəxslərdir:

Abdulrəhimov Sahib Hüseyn oğlu, Məmmədov Akif Məmməd oğlu, Məmmədov Faiq İmanqulu oğlu, Əliyev İlham İbrahim oğlu, Abdulla Xıdır Xanverdi oğlu, Mürsəlov Anar Tahir oğlu, Babayev Orxan Muxtar oğlu, Əliyev Emin, Qurbanov Xəyyam, Şəfiyev Ramal Muxtar oğlu, Həsənov İsa Həsən oğlu, Qasimov Tapdıq oğlu, Ağayev İlham İslam oğlu, Qasımov Şirəli Əlibala oğlu, Məmmədov Məmməd Xurşud oğlu, Qəhrəmanov Nəcəf Tahir oğlu, Cəbiyev Zamir Ələkbər oğlu, Haciyev Əbülfəz Mətləb oğlu, Hüseynov Elçin Mir Səftər oğlu, Rzayev Mətləb Qüdrət oğlu.

Birinci instansiya onların iddiasını təmin etməyib. Bu baxımdan, adıçəkilən şəxslər apellyasiya şikayəti veriblər. Onların şikayətinə Bakı Apellyasiya Məhkəməsində Şərafət Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdir. Açıq mənbələrdə təfərrüatlar barədə məlumat yoxdur. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, bu vəzifəyə 2018-ci ildə təyin edilib. Eldar Əzizov Nizami, Gəncə, Sumqayıt və Səbayelin də icra başçısı olub.

Onun icra başçısı kimi karyerası 2000-ci ildən başlayır. Beləliklə, Eldar Əzizov 23 ildir ki, icra başçısı vəzifəsi daşıyır.

Anar

0