Milli Məclisin xanın deputatları Türkiyə səfirliyində - FOTOLAR

SİYASƏT
13:24 / 04.06.2023
633

İyunun 4-də Türkiyə səfirliyində “Dünya səhər yeməyi günü” çərçivəsində görüş təşkil edilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və xanımı Leyla Bağçı bu münasibətilə Milli Məclisin xanım deputatlarını səhər yeməyinə dəvət ediblər.

Cahit Bağçı qonaqları salamlayaraq bu görüşün əlamətdar günlərə təsadüf etdiyini deyib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində iştirak etməsi və onların həmişə olduğu kimi qardaş kimi qucaqlaşması ölkələrimiz arasında gözəl münasibətləri əks etdirməklə yanaşı, həm də dünyaya bir mesajdır.

“Biz bundan sonra da türk birliyinə gedən yolda inamla irəliləyəcəyik”, - deyə Cahit Bağçı vurğulayıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsinə Azərbaycanın Türkiyə qədər sevindiyini diqqətə çatdırıb. Komitə sədri qardaş ölkədə seçkilərin çox demokratik şəraitdə keçdiyini vurğulayıb.

Səhər yeməyi səmimi şəraitdə və hər iki ölkəni maraqlandıran mövzuların müzakirəsi şəraitində keçib.

Qeyd edək ki, iki il əvvəl UNESCO tərəfindən qəbul edilən “Dünya səhər yeməyi günü” iyun ayının ilk həftəsinin bazar günü qeyd edilir.

Türkiyənin tanıdılmasına böyük töhfə verən səhər yeməyi mədəniyyəti xarici təmsilçiliklərdə də qeyd olunur.

0