Milli Onkologiya Mərkəzi polietilen paketlərin (tibbi tullantılar, məişət tullantıları və s.üçün) satın alınması üzrə elan etdiyi tenderə yekun vurub.
HİT.az xəbər verir ki, tenderin qalibi “Bakı Plastik” MMC olub. Mərkəz şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 52.239,78 AZN-dir.
“Bakı Plastik” MMC 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Qasımbəyov Pərviz Vaqif oğludur.
Anar