Şagirdləri qızılcadan qorumaq üçün hansı addım atılmalıdır? - İnfeksionistdən 3 TƏKLİF

ÖLKƏ
13:41 / 07.12.2023
478

"Qızılcaya yoluxan insanların sayı sürətlə artır".

Bunu HİT.az-a açıqlama verən infeksionist Mərdan Əliyev bildirib.

O deyib ki, bu, hava-damcı yolu ilə yoluxan xəstəlikdir:

"Qızılca kollektiv şəkildə yığılan insanlar arasında sürətli şəkildə yayılır. Yəni məktəblərdə, bağçalarda və ya universitetlərdə yoluxanlar olur. Təbii ki, uşaqlar həssas olduğu üçün buna ən çox bağça və məktəblərdə rast gəlinir. Universitetlərdə də yoluxmalar qeydə alınır, amma orada proses bir qədər zəif gedir".

339344

Həkim diqqətə çatdırıb ki, sinifdə bir uşaq qızılca virusuna yoluxursa, digərləri də asanlıqla yoluxur:

"Düşünürəm ki, bunun qarşını almaq üçün məktəblər distant təhsil sisteminə keçə bilər. Çünki belə olacağı təqdirdə, uşaqların qızılcaya yoluxmasının qarşısı xeyli alınacaq. Həmçinin, uşaqların immun sistemini yoxlamaq variantı da gündəmə gələ bilər. Hansı uşaqların qızılcaya qarşı immuniteti yoxdursa, onları onlayn tədris sisteminə keçirmək olar. 

Bununla yanaşı, gündəlik olaraq şagirdləri tibbi müayinədən keçirmək və həkim nəzarətində saxlamaq olar. Yeni müxtəlif variantlar mövcuddur. Əsas və ən yaxşı qoruma üsulu isə qızılcaya qarşı peyvənd vurulmasıdır".

Pərviz

0